25 oktyabr 2024. Cümə

“Yuventus” ukraynalı üçün təklif göndərir

“Şaxtyor”un və Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov karyerasını “Yuventus”da davam etdirə bilər.


  • Transfer
  • 16:01 04.12.2023
  • Oxunma sayı: 87
“Yuventus” ukraynalı üçün təklif göndərir

“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını “Yuventus”da davam etdirə bilər.

90deqiqe.az “Sport Mediaset”ə istinadən xəbər verir ki, Turin komandası 21 yaşlı oyunçu üçün 10-15 milyon avroluq təklif göndərməyi nəzərdən keçirir. Əgər təklif qəbul edilməzsə “Yuventus” alternativ variantı olan – Münhenqladbax “Borussiya”sından Kouadio Kone üçün danışıqlara başlayacaq.

Ukraynalı millisinin üzvünün “Şaxtyor”la hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. 

Daha əvvəl “Arsenal”, “Benfika”, “Brayton” və “Çelsi”nin  skautlarının ukraynalı üçün təklif nəzərdən keçirdiyi vurğulanıb.

Qeyd edək ki, Georgi bu mövsüm 16 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb..

 







Transfer