- Transfer
- 14:58 14.12.2025
“Qremio”nun hücumçusu Luis Suaresin gələcək karyerasını harda davam etdirəcəyi müəyyənləşmək üzrədir.
90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabritio Romano “X” sosial şəbəkəsində yazıb.
O, 36 yaşlı oyunçunun sözlərini belə qeyd edib: “Ağrı hiss edirəm, bədənim mənim yerimə danışır. Mən əylənmək və uzun karyeradan sonra özümə dinclik vermək istəyirəm. Dincəlməliyəm, ailəmlə vaxt keçirməliyəm… və sonra tale mənə gələcəkdə harada olacağımı göstərəcək”,
Suares 2023-cü ilin əvvəlində Uruqvayın “Nasional” klubundan azad agent kimi “Qremio”ya keçib. O, bu mövsüm bütün yarışlarda 52 matçda 24 qol vurub və eyni zamanda bombardir olub.
Qeyd edək ki,uruqvaylı oyunçu Braziliya klubu ilə müqaviləsi dekabrın 31-də başa çatır.
Əlavə olaraq bildirək ki, çempionatın bitməsinə bir tur qalmış “Qremio” Braziliya A Seriyasında dördüncü yerdədir.