- Transfer
- 23:25 25.11.2024
Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər.
90deqiqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara aparır.
Türkiyəli məşqçinin son komandası "Beşiktaş" olub. Onunla bu il oktyabrın 6-da uğursuz nəticələrə görə yollar ayrılıb.
Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.