25 oktyabr 2024. Cümə

De Xeanın yerinə onlara şans verəcək

“Nyukasl”ın baş məşqçisi Eddi Hau komandanın qapıçısı Nik Popun sıradan çıxmasında  sonra onu De Xea ilə əvəzləyəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


  • Transfer
  • 22:36 06.12.2023
  • Oxunma sayı: 76
De Xeanın yerinə onlara şans verəcək

“Nyukasl”ın baş məşqçisi Eddi Hau komandanın qapıçısı Nik Popun sıradan çıxmasında  sonra onu De Xea ilə əvəzləyəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.az xəbər verir ki, ingilis mütəxəssis qapıçı axtarmadıqlarını və komandada olan digər qapıçılara şans verəcəiyini söyləyib:

“Mən mətbuatda qapıçılar və digər oyunçular haqqında çoxlu şayiələr görmüşəm. Bizim rəhbərlikdən belə tələbimiz olmayıb. Belə bir məsələ olsaydı, digər mövqeləri gücləndirərdik. Popun zədələnməsi digər qapıçılar üçün mövqelərini gücləndirmək üçün şansıdır”.

Xatırladaq ki, Nik Pope İngiltərə Premyer Liqasının 14-cü turunun “Mançester Yunayted”lə oyununda (0:1) çiynindən zədələnib və 4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.







Transfer