25 oktyabr 2024. Cümə

Tomas Müller 16 ildən sonra “Bavariya”dan ayrıla bilər

Yuventus" "Bavariya"nın hücumçusu Tomas Müllerə elçi düşüb.


  • Transfer
  • 11:07 07.12.2023
  • Oxunma sayı: 72
Tomas Müller 16 ildən sonra “Bavariya”dan ayrıla bilər

Yuventus" "Bavariya"nın hücumçusu Tomas Müllerə elçi düşüb.

90deqiqe.az “Sport Bild”ə istinadən xəbər verir ki, “qoca sinyora” alman futbolçunun xidmətində maraqlıdır.

Əgər Münhen təmsilçisi əfsanəsi ilə müqaviləni uzatmasa, "Yuventus" hücumçunu azad agent heyətinə qatmağı planlaşdırır.

34 yaşlı futbolçunu “Mançester Yunayted", "İnter" və "Milan" kimi nəhənglər də istəyirlər.

Müllerin almanlarla müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt”ə görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.

Qeyd edək ki, 16 ildir “Bavariya”da oynayan Tomas Müller bu mövsüm bütün turnirlərdə 15 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer