25 oktyabr 2024. Cümə

“Fənər”in idman direktoru onun üçün Milana gedir

“Fənərbağça”nın idman direktoru Mario Branko bosniyalı yarımmüdafiəçi Rade Kruniçin transferini  "Milan”la müzakirə etmək üçün İtaliyaya yollanır.


  • Transfer
  • 20:11 08.12.2023
  • Oxunma sayı: 76
“Fənər”in idman direktoru onun üçün Milana gedir

“Fənərbağça”nın idman direktoru Mario Branko bosniyalı yarımmüdafiəçi Rade Kruniçin transferini  "Milan”la müzakirə etmək üçün İtaliyaya yollanır.

90deqiqe.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Yağız Sabuncıoğlu məlumat verib.

Məlumatda, İstanbul təmsilçisinin rəhbərliyi artıq futbolçu və onun nümayəndələri ilə şəxsi müqaviləni razılaşdırdığı vurğulanıb.

Qeyd edək ki, Türkiyə klubu artıq ötən yay transfer pəncərəsində Kruniçi almağa çalışsa da, italyanları təklifin məbləği qane etməmişdi. 30 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda “rossonerilər”in heyətində 14 matçda iştirak edib.







Transfer