31 mart 2026. Çərşənbə axşamı

Ruben Nevesdən etiraf

“Əl-Hilal”ın və Portuqaliya millisinin yarımmüdafiəçisi Ruben Neves karyerasını Səudiyyə Ərəbistanıda davam etdirməyin səbəbini açıqlayıb.


  • Transfer
  • 00:45 09.12.2023
  • Oxunma sayı: 194
Ruben Nevesdən etiraf

“Əl-Hilal”ın və Portuqaliya millisinin yarımmüdafiəçisi Ruben Neves karyerasını Səudiyyə Ərəbistanıda davam etdirməyin səbəbini açıqlayıb.

90deqiqe.az xəbər verir ki, 26 yaşlı futbolçu seçimdə pulun rol oynadığı etiraf edib: “Əlbəttə, səbəblərdən biri də puldur. Burada ondan xilas ola bilməzsən. Amma çoxlarının bizim bunu sadəcə olaraq dediyimizi düşünməsinə baxmayaraq, həqiqətən də burada bizə çox ciddi bir layihə təqdim olunur. Çoxları ölkənin və oradakı futbolun necə inkişaf etdiyini, bir neçə ildən sonra necə ola biləcəyini bilmir. İnanıram ki, iki-üç ildən sonra bura heyrətamiz çempionat olacaq”.

Qeyd edək ki, Neves  İngiltərənin “Vulverhempton” klubundan 47 milyon sterlinqə ərəblərə keçib. O, bu mövsüm bütün turnirlərdə 19 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

 







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro