Qarabağ'ın rəqibi futbolçu aldı
-
Transfer
-
15:28 04.07.2019
-
Oxunma sayı: 449
Qarabağ'ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" heyətinə yeni oyunçu 'əlb edib.Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tirana təmsilçisi "Verona"nın futbolçu Cozef Ekubanı icarəyə götürüb. 19 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Qanalı hücumçunun "Qarabağ"a qarşı ilk matçda oynayacağı istisna olunmur. Müqavilə ilə "Verona"ya məxsus olan Ekuban ötən mövsümü İtaliya D liqasında mübarizə aparan "Mantova"da keçirib. 4 oyunda meydana çıxan forvard cəmi 1 qol vurub.Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranda keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.