25 oktyabr 2024. Cümə

Suares “İnter Mayami” keçir? - özü açıqladı

“Qremio”nun hücumçusu Luis Suares “İnter Mayami” klubuna keçmək ehtimalı ilə bağlı fikirlərini bölüşüb.


  • Transfer
  • 12:56 11.12.2023
  • Oxunma sayı: 85
Suares “İnter Mayami” keçir? - özü açıqladı

“Qremio”nun hücumçusu Luis Suares “İnter Mayami” klubuna keçmək ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, 36 yaşlı futbolçu “Goal”a açıqlamasında bunu belə izah edib:

“Agentimlə danışıb, hansı variantlar olduğunu öyrənəcəm. Braziliya çempionatı başa çatana qədər heç nəyə qərar vermək istəmirdim.“İnter Mayami”yə keçidim? - Bəli, mümkündür. Dünyanın ən yaxşı oyunçusu orada oynayır və o, gələcəyimi müzakirə etdiyim ən yaxın dostumdur. Amma hələlik dincəlməyin tərəfdarıyam, qərarımı daha sonra açıqlayacam.”

Qeyd edək ki, uruqvaylı oyunçu 2023-cü ilin əvvəlind azad agent kimi “Qremio”ya keçib. Mövsümün ən yaxşı futboçusu seçilən Suares Braziliya A Seriyasında 33 matçda iştirak edib, 17 qol vurub, 11 məhsuldar ötürmə edib. 







Transfer