31 mart 2026. Çərşənbə axşamı

Azərbaycanlı futbolçu Tailandda klubunu dəyişdi

Azərbaycanlı futbolçu Məmməd Quliyev Tailandda klubunu dəyişib.


  • Transfer
  • 15:18 11.12.2023
  • Oxunma sayı: 125
Azərbaycanlı futbolçu Tailandda klubunu dəyişdi

Azərbaycanlı futbolçu Məmməd Quliyev Tailandda klubunu dəyişib.

90deqiqe.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi  “Saraburi Yunayted” komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Tərəflər arasında imzalanmış müqavilənin detalları barədə açıqlama verilməyib.

Təcrübəli oyunçu bunadək "Uttaradit" komandasının formasını geyinib.

Qeyd edək ki, Məmməd Quliyev daha əvvəl "Rəvan", "Bakı", "Şüvəlan" və “Keşlə” klublarının da şərəfini qoruyub. Futbolçu 2020-ci ilin fevralından Tailand çempionatında çıxış edir. O, "Kamphenqbet", "Kasem Bundit" və "Tonburi"də oynayıb.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro