25 oktyabr 2024. Cümə

"Mançester Yunayted"in sabiq üzvü özünə klub axtarır

"Mançester Yunayted"in keçmiş ulduzu Cessi Linqard qış transfer pəncərəsində özünə komanda tapmağa çalışır.


  • Transfer
  • 15:27 11.12.2023
  • Oxunma sayı: 81
"Mançester Yunayted"in sabiq üzvü özünə klub axtarır

"Mançester Yunayted"in keçmiş ulduzu Cessi Linqard qış transfer pəncərəsində özünə komanda tapmağa çalışır.

90deqiqe.az xəbər verir ki, “Nottingem Forest”dən ayrılan və hazırda azad agent statusu daşıyan 30 yaşlı futbolçu cari mövsümdən əvvəl yeni komanda tapa bilmədiyi üçün klubsuz qalmışdı.

“Mançester Yunayted”in keçmiş ulduzu məşq zamanı çəkilmiş fotolarını İnstaqramda “İdman zalı” adı ilə paylaşıb.

İngilis oyunçu paylaşımına bu motivasiya sitatını əlavə edib: "Qapılar sizin üzünüzə açılır. Gözləmək cəza deyil, hazırlıqdır..."

Linqard yeni fürsəti gözləməyə davam edərkən məşqdə və idman zalında əldə etdiyi irəliləyişlərin video və şəkillərini mütəmadi olaraq paylaşır.

Qeyd edək ki, o, Səudiyyə Ərəbistanında “Əl-Ettifaq”ın heyətində bir ay məşq edib, hətta Stiven Cerrardın komandasında oynayıb, lakin klubla daimi müqavilə imzalamayıb və İngiltərəyə qayıdıb.







Transfer