31 mart 2026. Çərşənbə axşamı

Avropa nəhəngləri onu qarabaqara izləyir

 “Jirona”nın sol cinah müdafiəçisi Migel Qutyerres Avropanın iki nəhəng klubu “Bavariya”və “Mançester Siti”nin diqqət mərkəzinə düşüb.


  • Transfer
  • 11:58 12.12.2023
  • Oxunma sayı: 126
Avropa nəhəngləri onu qarabaqara izləyir

 “Jirona”nın sol cinah müdafiəçisi Migel Qutyerres Avropanın iki nəhəng klubu “Bavariya”və “Mançester Siti”nin diqqət mərkəzinə düşüb.

90deqiqe.az xəbər verir ki, bu barədə “Relovo” məlumat yayıb.

Məlumatda, adıçəkilən komandaların 22 yaşlı sol cinah müdafiəçisi üçün La Liqa klubuna yaxın günlərdə təklif göndərəcəyi vurğulanıb. Əgər transfer reallaşarsa “Jirona"  bu satışdan əldə edəcəyi pulun 50%-i yetirməsi olduğu “Real”a göndərəcək. Bundan əlavə, Madridlilərin Migeli 8 milyon avro ödəyərək geri almaq hüququna da sahibdir.

Qutyerresin “Jirona” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.  

Qeyd edək ki, yayda “Real”dan  transfer edilən gənc oyunçu cari mövsümdə 15 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.

 







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro