- Transfer
- 23:25 25.11.2024
“Atletiko”nun baş direktoru Migel Anxel Gil Marin və prezident Enrike Serezo klubun satışına start verib.
90deqiqe.az xəbər verir ki, bu barədə “La Sexta” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Amerika futbol liqası NFL-də mübarizə aparan və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən "Miami Dolphins"in sahibi iş adamı Stiven Rossun "Atletiko Madrid"i almaq istədiyi və tərəflər arasında aparılan danışıqlarda müsbət irəliləyiş olduğu bildirilib.
Qeyd edək ki, “Atletiko” bu mövsüm 34 xalla La Liqanın 4-cü pilləsindədir. Komanda eyni zamanda UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vaxtından əvvəl vəsiqəni təmin edib.