18 iyul 2026. Şənbə

Murad Musayevə Rusiyadan daha bir təklif

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klublarının diqqət mərkəzindən düşmək bilmir.


  • Transfer
  • 11:42 13.12.2023
  • Oxunma sayı: 165
Murad Musayevə Rusiyadan daha bir təklif

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klublarının diqqət mərkəzindən düşmək bilmir.

 90deqiqe.az “Metaratings”ə istinadən xəbər verir ki, indi də “Şinnik” 40 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Bununla bağlı artıq Yaroslavl klubunun idman koordinatoru Aleksandr Pobeqalov Azərbaycana gəlib. Bunun baş direktor Qalimcan Xayrulin də təsdiqləyib.

“Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.

"Şinnik" rəhbərliyi postundan uzaqlaşdırılan Dmitri Xomuxanın yerinə məhz Murad Musayevi gətirməyi planlaşdırır.

Qeyd edək ki, Murad Musayevin adı bir müddət əvvəl Rusiyanın digər klubu “Alaniya” ilə birgə hallanırdı.







Transfer

Robin Qosens Almaniyaya qayıtdı
  • Transfer
  • 23:04 17.07.2026
Robin Qosens Almaniyaya qayıtdı