- Transfer
- 23:25 25.11.2024
Qış transfer pəncərəsində bəzi futbolçularla yollarını ayıracaq "Fənərbağça" komandasında ilk ayırıq ehtimalı bəlli olub.
90deqiqe.az xəbər verir ki, cari mövsümün əvvəlində İstanbul kollektivinə keçən Mehmet Umut Nayıra özünə yeni komanda tapması tapşırığı verilib.
Son xəbərlərə görə futbolçunun xidmətində "İstanbulspor" kollektivi maraqlıdır.
Qeyd edək ki, ötən il "Ümraniyespor"da top qovan forvard 17 qolla ən çox fərqlənən yerli futbolçu adına sahib çıxmışdı