- Transfer
- 23:25 25.11.2024
“Roma”nın hücumçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanı klublardan birində davam etdirməyə razılaşıb.
90deqiqe.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb
Məlumatda, Ərəbistan klublarının uzun müddətdir davam edən cəhdləri nəhayət belçikalı oyunçunu razı saldığı vurğulanıb. Belə ki, 30 yaşlı oyunçu 2024-cü ilin yayında Səudiyyə Ərəbistanına köçəcək. Onun adı açıqlanmayan klubların birindən gələn fantastik təklifi qəbul etdiyi bildirilir.
Lukaku bu yay icarə əsasında “Çelsi”dən “Roma”ya keçib. O, bu mövsüm İtaliya çempionatında 13 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt Lukakunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir