- Transfer
- 23:25 25.11.2024
“Barselona” basketbol klubunun sabiq baş məşqçisi Sarunas Casikeviçius bundan sonra “Fənərbaxğça”nı çalışdıracaq.
90deqiqe.az xəbər verir ki, litvalı mütəxəssis əvvəlcə İstanbul təmsilçisinin təklifindən imtina etsə də, klub prezidenti Ali Koçla şəxsi söhbətdən sonra fikrini dəyişib. Tərəflər arasında 2025/2026 mövsümünün sonuna qədər qüvvədə olan müqavilə imzalanıb.
“Fənərbağça”nı daha əvvəl Dimitris İtudis çalışdırıb.
Qeyd edək ki, cari Avroliqa mövsümündə Türkiyə klubu 6 qələbə və 7 məğlubiyyətlə 13 oyundan sonra 12-ci sırada qərarlaşıb.