25 oktyabr 2024. Cümə

Klublar agentlərə nə qədər pul ödəyib? – Rekord məbləğ

FİFA futbol agentlərinə ödənişlərin məbləği ilə bağlı məlumatları açıqlayıb.


  • Transfer
  • 23:36 14.12.2023
  • Oxunma sayı: 124
Klublar agentlərə nə qədər pul ödəyib? – Rekord məbləğ

FİFA futbol agentlərinə ödənişlərin məbləği ilə bağlı məlumatları açıqlayıb.

90deqiqe.az xəbər verir ki, 2023-cü ildə klublar agentlərə 888,1 milyon dollar ödəyib. Bu, tarixdə rekord göstəricidir və 2022-ci illə (654,7 milyon) müqayisədə 42,5 faiz artıb.

Agent ödənişlərinin 86,6%-i Avropa komandaları tərəfindən  edilib. Agentlərə ümumilikdə 280 milyon dollardan çox pul ödəyən İngiltərə klubları liderdir. İkinci yeri agentlərə 86 milyon ödəyən Səudiyyə Ərəbistanı tutub.

Beynəlxalq transfer çərçivəsində agentin oyunçunun maraqlarını təmsil etdiyi halların sayı 3353-ə yüksəlib. Bu, ümumi transferlərin 14,4%-ni təşkil edir. 2022-ci ildə 8,4% olub.

Qadın futbolunda agent xidmətlərinə illik xərclər ilk dəfə olaraq 1 milyon dolları ötüb.







Transfer