25 oktyabr 2024. Cümə

“Qarabağ”la oyunda şou göstərən futbolçunun dəyəri artdı

“Transfermarkt” portalı Almaniya Bundesliqası oyunçularının transfer qiymətlərini yeniləyib.


  • Transfer
  • 23:45 14.12.2023
  • Oxunma sayı: 121
“Qarabağ”la oyunda şou göstərən futbolçunun dəyəri artdı

“Transfermarkt” portalı Almaniya Bundesliqası oyunçularının transfer qiymətlərini yeniləyib.

90deqiqe.az xəbər verir ki, ən çox dəyər qazanan "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Bayer Leverkuzen"in futbolçusu Florian Virts olub. 20 yaşlı futbolçunun transfer qiyməti 15 milyon avro artaraq 100 milyon avroya çatıb.

“Ayntraxt”ın 19 yaşlı oyunçusu Uqo Larssonun da dəyərini 11 milyon avro artıb. Onun tranfer qiyməti hazırda 28 milyondur.

Serj Qnabri isə Bundesliqada ən çox – 10 milyon avro dəyər itirən futbolçudur – 45 milyon avro. 

Almaniya çempionatının ən bahalı oyunçuları Camal Musiala və Harri Keyn olaraq qalırlar. Onların transfer qiyməti 110 milyon avrodur.







Transfer