- Transfer
- 23:25 25.11.2024
“Barselona” və “Atletiko” “Xetafe”də icarə əsasında çıxış edən Meyson Qrinvudu xidmətinə maraqlıdır.
90deqiqe.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, adıçəkilən komandalar 22 yaşlı futbolçunu gələn 2024-cü ilin yayında almaq imkanını nəzərdən keçirirlər. La Liqa nəhəngləri buna görə ingilis futbolçunun müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”lə danışıqlar aparmağa hazırlaşırlar.
Bu mövsüm hücumçu bütün turnirlərdə 13 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.