25 oktyabr 2024. Cümə

Ərəblər Kazemiro üçün görün nə qədər təklif etdilər

“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.


  • Transfer
  • 20:56 15.12.2023
  • Oxunma sayı: 112
Ərəblər Kazemiro üçün görün nə qədər təklif etdilər

“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki,  “Əl-Hilal” klubu braziliyalı futbolçunun mümkün keçidi ilə bağlı onun agenti ilə əlaqə saxlayıb.

Şeyx 31 yaşlı futbolçuya illik 20 milyon avroluq maaş təklif ediblər. Çempionlar Liqasının beşqat qalibi düşünmək üçün vaxt istəyib.

Kazemironun Avropada qalmaq variantları da var. Belə ki, PSJ və İtaliyanın adı açıqlanmayan klubu onun xidmətində maraqlı olduğu bildirilir.

Qeyd edək ki, Kazemiro 2022-ci ilin yayında “Real”ı “Mançester Yunayted”ə dəyişin. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 12 oyuna çıxıb və 4 qol vurub.







Transfer