- Transfer
- 13:27 23.12.2025
“Qalatasaray” qış transfer pəncərəsində heyətini məşhur futbolçu ilə gücləndirmək istəyir.
90deqiqe.az xəbər verir ki, İstanbul təmsilçisi “Arsenal”ın futbolçusu Jorjinyonun xidmətində maraqlıdır. Bu barədə “Fanatik” məlumat yayıb.
"Sarı-qırmızılar" mövsümün sonunda müqaviləsi bitəcək 31 yaşlı yarımmüdafiəçi ilə tezliklə danışıqlara başlamaq niyyətindədir. O, azad agent statusu ilə komandaya keçəcəyi gözlənilir.