25 oktyabr 2024. Cümə

“Mançester Yunayted”in futbolçusu Bundesliqa klubuna keçir

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Donni van de Bek karyerasını Almaniya “Ayntraxt”ında davam etdirəcək.


  • Transfer
  • 23:52 15.12.2023
  • Oxunma sayı: 103
“Mançester Yunayted”in futbolçusu Bundesliqa klubuna keçir

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Donni van de Bek karyerasını Almaniya “Ayntraxt”ında davam etdirəcək.

90deqiqe.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkədə bildirib.

O, klublar arasında cari mövsümün sonunadək icarə əsasında keçidlə bağlı şifahi razılığın əldə olunduğunu qeyd edib.

İcarə müddəti 2024-cü ilin iyununa qədər davam edəcək və bonuslar da daxil olmaqla 15 milyon avroya satın almaq bəndi də olacaq. Lakin satınalma məcburi xarakter daşımayacaq.

Niderlandlı futbolçunun xidmətində İspaniyanın “Barselona” və “Jirona” klubları da maraqlı idi.

26 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda “qırmızı şeytanlar”ın iki oyununda iştirak edib. 







Transfer