25 oktyabr 2024. Cümə

Şenol Günəş bu millinin namizədlər siyahısında

Türkiyə komandasının və "Beşiktaş"ın keçmiş baş məşqçisi  Şenol Günəş Kosovo yığmasının "sükanı arxasına" keçə bilər.


  • Transfer
  • 12:45 17.12.2023
  • Oxunma sayı: 103
Şenol Günəş bu millinin namizədlər siyahısında

Türkiyə komandasının və "Beşiktaş"ın keçmiş baş məşqçisi  Şenol Günəş Kosovo yığmasının "sükanı arxasına" keçə bilər.

90deqiqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kosovo Futbol Federasiyası təcrübəli mütəxəssisin xidmətində maraqlıdır.

Kosovonun baş məşqçi namizədləri arasında Roberto Karlosun olduğu bildirilib.

Daha əvvəl Azərbaycandan təklif alan 71 yaşlı mütəxəssis təklifə müsbət cavab veridiyini və açıqlamasında "Azərbaycan millisini çalışdırmaqdan qürur duyaram. Bu mənim üçün fəxr olar. Azərbaycan Futbol Federasiyasının (AFFA) rəsmiləri tərəfindən təklif gəlib. Üz-üzə danışmaq üçn Bakıya gedəcəyəm",- demişdi. 

Qeyd edək ki, Kosovo Futbol Federasiyası “AVRO-2024”ün seçmə mərhələsindən sonra Primoj Qlixa ilə müqaviləni yeniləməyib.

Əlavə edək ki, Şenol Günəş daha öncə Türkiyə millisi ilə çıxdığı 82 oyunda 38 qələbə, 23 heç-heçə və 21 məğlubiyyətlə yadda qalıb. 

 







Transfer