25 oktyabr 2024. Cümə

Ronaldo klublarını niyə satır? - Özü açıqladı

Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo Nazario gələcəkdə bu komandaları sata biləcəyini açıqlayıb.


  • Transfer
  • 18:56 17.12.2023
  • Oxunma sayı: 94
Ronaldo klublarını niyə satır? - Özü açıqladı

Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo Nazario gələcəkdə bu komandaları sata biləcəyini açıqlayıb.

90deqiqe.az xəbər verir ki, əfsanəvi futbolçu sözügedən komandalarda əbədi qalmaq fikrində olmadığı üçün belə bir addım atacağını gizlətməyib:

““Kruzeyro”da əbədi qalacağıma zəmanət verə bilmərəm. Etdiyimiz işə və kluba böyük həvəsim var. Amma təbii ki, əbədi qalmaq fikrim yoxdur. Bir ölkədən digərinə keçmək çox yorucudu, amma hazırda hər iki klubu idarə etmək mənə həzz verir. Bununla belə, gələcəyin necə olacağını sizə deyə bilmərəm”.

Mövsümün sonunda “Kruzeyro” Braziliya A Seriyasında 14-cü yeri tutub. Valyadolid İspaniya Sequndasında keçirdiyi 19 matçdan sonra 35 xalla ikinci yerdədir və La Liqaya qayıtmaq üçün mübarizə aparır







Transfer