25 oktyabr 2024. Cümə

Mbappe Səudiyyə Ərəbistanına gedir?

Səudiyyə Ərəbistanı Liqasının Texniki Direktoru Mikail Emenalo PSJ-nin hücumçusu Kilian Mbappenin transfer ehtimalından danışıb.


  • Transfer
  • 19:34 17.12.2023
  • Oxunma sayı: 82
Mbappe Səudiyyə Ərəbistanına gedir?

Səudiyyə Ərəbistanı Liqasının Texniki Direktoru Mikail Emenalo PSJ-nin hücumçusu Kilian Mbappenin transfer ehtimalından danışıb.

90deqiqe.az xəbər verir ki, funksioner “Marca”ya açıqlamasında fransız forvardın hazırda nə etmək istədiklərini bilmədiyini bildirib:

“Mbappe məsələsi açıqdır. Amma onun nə etmək istədiyini başa düşə bilmirik. Bizim mövqeyimiz çox aydındır. Bu səviyyədə olan bütün oyunçular harada olduğumuzu bilirlər. Mbappenin indi və ya gələcəkdə qurduğumuz işin bir hissəsi olmaq üçün hər hansı bir imkanı və ya marağı olacağı təqdirdə biz belə bir fürsətdən yararlanmaq istəyəcəyik. O, mənim sevdiyim oyunçudur”.

24 yaşlı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Mbappe 2018-ci ildən Paris klubunda çıxış edir. 







Transfer