- Transfer
- 23:25 25.11.2024
Ötən həftə “Neftçi” ilə müqaviləsinə xitam verilən Kenni Sayef yeni iş yeri müəyyənləşib.
90deqiqe.az yerli mətbuata istinadən xəbər verir ki, İsrail millisinin sabiq futbolçusu karyerasını Rumıniyada davam etdirə bilər.
Hazırda azad agent statusu daşıyan 30 yaşlı futbolçunun xidmətində “Styaua” maraqlıdır
Adıçəkilən klubun sahibi Gigi Becali bu keçiddə şəxsən nəzərdən keçirib və yarımmüdafiəçi ilə danışıqlar aparılmasını tapşırıb.
Qeyd edək ki, Kenni Sayef “Neftçi”yə ötən il “Anderlext”dən transfer olmuşdu.