- Transfer
- 23:59 15.04.2026
“Neftçi”nin sabiq futbolçusu Kenni Sayefin yeni klubu bəlli olub.
90deqiqe.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İsrailin “Makkabi” (Hayfa) klubuna keçib.
O, yeni klubu ilə 2 illik sözləşməyə qol çəkib.
Ötən il “Anderlext”dən “Neftçi”yə transfer olan Sayef ailəvi səbəbləri əsas gətirərək, “ağ-qaralar”dən ayrılmışdı.