- Transfer
- 23:25 25.11.2024
“Neftçi”nin sabiq futbolçusu Lukas Qomes növbəti dəfə komandasını dəyişib.
90deqiqe.az xəbər verir ki, argentinalı hücumçu artıq karyerasını Qvatemalada davam etdirəcək . 36 yaşlı oyunçu “Deportivo Xinabacul” klubu ilə 1 illik müqavilə imzalayıb.
Bu Lukas Qomes karyerası ərzində 17-ci komandasıdır. O, indiyə qədər ölkəsi Argentina ilə yanaşı, Kosta Rika, Honduras, Kolumbiya, Peru, Boliviya və Qvatemalada top qovub.
Forvardın Avropada yeganə komandası “Neftçi” olub. O, 2018-ci ilin yanvarından iyununa qədər paytaxt klubunda oynayıb.