- Transfer
- 23:25 25.11.2024
Yay fasiləsində “Neftçi”i “Partizan”a dəyişən Mateus Saldanya karyerasını Türkiyədə davam etdirə bilər.
90deqiqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçunun xidmətində “Beşiktaş” klubu maraqlıdı.
İstanbul klubunun baş koordinatoru Samet Aybaba 24 yaşlı forvardın çıxışını canlı izləmək üçün Serbiyaya yollanıb. O, Serbiya çempionatının “Partizan” - “Srvena Zvezda” qarşılaşmasını tribunadan izləyib. “Partizan”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandanın ikinci qoluna Saldanya imza atıb.
Qeyd edək ki, Mateus Saldanya bu ilin yanvarından iyula kimi “Neftçi”də çıxış edib.