25 oktyabr 2024. Cümə

“Neftçi”dən ayrılır?

“Neftçi” mərkəz müdafiəçisi Mark Tamaş ilə yollarını ayıra bilər.


  • Transfer
  • 12:07 22.12.2023
  • Oxunma sayı: 108
“Neftçi”dən ayrılır?

“Neftçi” mərkəz müdafiəçisi Mark Tamaş ilə yollarını ayıra bilər.

90deqiqe.az “playsport.ro” saytına istinadən xəbər verir ki, buna səbəb həm klub rəhbərliyi, həm də baş məşqçi Adrian Mutu macarıstanlı oyunçunun performansından məmnun olmadığı olub.

Rumıniyalı mütəxəssisin istəyi ilə yayda “ağ-qaralar”a 150 min avroya transfer edilən 30 yaşlı ötən aydan əsas heyətdə özünə yer tapa bilmir. Bu səbəbdən qış transfer pəncərəsi zamanı sərfəli təklif gələcəyi təqdirdə, onunla yolların ayrılması nəzərdən keçirilir.

Qeyd edək ki, Mark Tamaş bu mövsüm “Neftçi”nin heyətində 16 oyunda iştirak edib.







Transfer