25 oktyabr 2024. Cümə

Prezident onu satdığını təsdiqlədi

“Napoli”nin yarımmüdafiəçisi Elif Elmas qış transfer pəncərəsində klubdan ayrılacaq.


  • Transfer
  • 15:53 22.12.2023
  • Oxunma sayı: 82
Prezident onu satdığını təsdiqlədi

“Napoli”nin yarımmüdafiəçisi Elif Elmas qış transfer pəncərəsində klubdan ayrılacaq.

90deqiqe.az “Corriere dello Sport “ nəşrinə istinadən xəbər verir ki, bunu klubun prezidenti Aurelio De Laurentis də təsdiqləyib. Neapolluların rəhbəri makedoniyalı futbolçunu satdığını bildirib: “Mən artıq Elması satmışam”.

24 yaşlı futbolçunun “Leipziq”ə keçəcəyi gözlənilir.Artıq futbolçu ilə alman klubu arasında bütün şərtlər razılaşdırılıb. İtalyanlar futbolçu üçün 25 milyon avro alacaqlar. Makedoniyalı dekabrın sonunadək tibbi müayinədən keçəcək.

24 yaşlı Elmas 2019-cu ildən “Napoli”də çıxış edir. Makedoniyalı bu mövsüm bütün turnirlərdə 16 oyun keçirib və iki qol vurub. 







Transfer