25 oktyabr 2024. Cümə

Suaresi görün necə təqdim etdilər

Amerikanın “İnter Mayami” klubu Luis Suaresin transferini rəsmən açıqlayıb .


  • Transfer
  • 11:59 23.12.2023
  • Oxunma sayı: 92
Suaresi görün necə təqdim etdilər

Amerikanın “İnter Mayami” klubu Luis Suaresin transferini rəsmən açıqlayıb .

“Mayami xəyalına xoş gəldin, Luis Suares!”, – “İnter Mayami”nin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yazılıb.

90deqiqe.az xəbər verir ki, uruqvaylı ilə müqavilə bir mövsümlük (daha bir il uzadılmaq imkanı ilə) imzalanıb. 36 yaşlı futbolçu Mayami  klubuna keçidini belə şərh edib:

"İnter Mayami" ilə yeni bir yola girdiyim üçün çox xoşbəxtəm və həyəcanlıyam. Başlamaq üçün səbirsizlənirəm və bu böyük klubla daha çox titul qazanmaq arzusunu gerçəkləşdirmək üçün işləməyə hazıram. Ortaq ambisiyalarımızla nəyə nail ola biləcəyimizə dair optimistəm. Haqqında çox eşitdiyim bu klubun gözəl azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm. Böyük dostlar və oyunçularla yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Suares “İnter Mayami”yə azad agent kimi keçib. Onun son komandası Braziliya “Qremio”su olub. Forvard Braziliya A Seriyasında 33 matçda iştirak edib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib.

Əlavə edək ki, Luisin “Barselona”dakı keçmiş tərəfdaşlarından bir neçəsi Amerika klubunda çıxış edir: Lionel Messi, Xordi Alba və Serxio Buskets.

 







Transfer