24 noyabr 2024. Bazar günü

Liverpool Lazio'nu FİFA-ya şikayət etdi


  • Transfer
  • 12:49 06.07.2019
  • Oxunma sayı: 421
Liverpool Lazio'nu FİFA-ya şikayət etdi

“Liverpool” İtaliyanın “Lazio” klubundan FİFA-ya şikayət etməyə hazırlaşır.

Corner.az  xəbər verir ki, buna səbəb, “Lazio”nun son klubu “Liverpool” olan Bobbi Adekanye ilə İngiltərə təmsilçisindən xəbərsiz görüşlər keçirməsi olub.

FİFA-nın qaydalarına görə, 23 yaşadək olan futbolçular müqavilələrinin bitiminə 6 ay qalmış, forma geyindiyi klubdan icazəsiz başqa komandalarla danışıqlar apara bilməz.

Adekanye martda “voetbalzone.nl” saytına açıqlamasında “Lazio” ilə görüşdüyünü təsdiqləmişdi.

Qeyd edək ki, “Liverpool”la müqaviləsi iyulun 1-də bitən 23 yaşlı hücumçu, azad agent kimi “Lazio”ya keçib.(komanda)







Transfer

"Lion"dan A Seriyasına
  • Transfer
  • 22:18 22.11.2024
"Lion"dan A Seriyasına