- Transfer
- 23:25 25.11.2024
“Barselona” rəhbərliyi hücumçu Robert Levandovskinin yayda Səudiyyə Ərəbistanı komandalarından birinə mümkün transferini müzakirə etmək üçün bu ölkədən olan vasitəçi ilə danışıqlar aparıb.
90deqiqe.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb
Məlumatda, polşalı hücumçunun cari mövsümdə nümayiş etdirdiyi futbol səviyyəsi rəhbərlik və məşqçilər korpusu tərəfindən bəyənilmədiyi üçün onun göndərilməsi əsas priotetə çevrildiyi vurğulanıb.
35 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.