- Transfer
- 23:25 25.11.2024
“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport “Real”ın təklifindən imtina edib.
90deqiqe.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Məlumatda, 29 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubunda özünü xoşbəxt hesab etdiyi və Ər-Riyad təmsilçisində aldığı illik 15 milyon avro maaşından razı olduğu bildirilib.
Madrid klubu ispan oyunçunu mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirsə də, “Əl-Nəsr” bu təklifi geri çevirib. “Real” onu mövsümün sonuna qədər sıradan çıxan müdafiəçi David Alabanın əvəzləyici olaraq görür.
Emerik Laport klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.O, 2023-cü ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib. Laport , bu mövsüm yeni klubunun heyətində 20 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.