- Transfer
- 23:25 25.11.2024
“Real Sosyedad”ın hücumçusu Takefusa Kubo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi 22 yaşlı futbolçu yanvarda transfer etmək niyyətindədir. Yapon oyunçuya hazırkı maaşından 7 dəfə artıq məbləğ təklif edilib.
Kubo La Liqa təmsilçisində illik 1 milyon avro məvacib alır.
“Real Sosyedad” isə onun satışından ən azı 50 milyon avro qazanmağı planlaşdırır. Premyer Liqa təmsilçisi isə bu məbləği azaltmaq üçün bir futbolçusunu qarşı tərəfə təklif etməyə hazır olduğu bildirilib.
Kubonun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, gənc oyunçu bu mövsüm yaponiyalı futbolçu bütün turnirlərdə 23 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.