17 may 2026. Bazar günü

PSJ 18 yaşlı futbolçu transfer edir

“Korintians”ın yarımmüdafiəçisi Qabriel Moskardo karyerasını PSJ-də davam etdirəcək.


  • Transfer
  • 21:43 25.12.2023
  • Oxunma sayı: 153
PSJ 18 yaşlı futbolçu transfer edir

“Korintians”ın yarımmüdafiəçisi Qabriel Moskardo karyerasını PSJ-də davam etdirəcək.

90deqiqe.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira yazıb. O, paylaşımında tərəflər arasında anlaşmanın əldə olunduğu bildirib. Paris klubu 18 yaşlı futbolçunun transferi üçün 22 milyon avro ödəyəcək.

Liqa 1 təmsilçisi braziliyalı oyunçunun nümayəndələri ilə müqavilənin şəxsi detallarını da razılaşdırıb. Rəsmi açıqlama veriləcəyi gözlənilir..

Qeyd edək ki, Qabriel Moskardo bu mövsüm “Korintians”ın heyətində bütün turnirlərdə 22 oyun keçirib.







Transfer