6 dekabr 2025. Şənbə

Ufa daha bir azərbaycanlı futbolçu aldı


  • Transfer
  • 14:01 06.07.2019
  • Oxunma sayı: 490
Ufa daha bir azərbaycanlı futbolçu aldı

Rusiyanın “Ufa” klubu heyətiniə yeni futbolçu cəlb edib.

Corner.az xəbər verir ki, Başqırdıstanın Premyer Liqadakı təmsilçisi Moskva “Spartak”ının yetirməsi olan 19 yaşlı azərbaycanlı futbolçu Turqay Möhbalıyevi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmır.

Əslən Naxçıvan şəhərindən olan, Azərbaycanda dünyaya gələn Möhbalıiyev Rusiya vətəndaşlığına malikdir. O, bu ölkənin 19 yaşlılardan ibarət komandasında da çıxış edir. Turqayın hər iki valideyni azərbaycanlıdır. Son 6 ili “Spartak”da keçirən Turqay, geridə qalan mövsümdə Moskva klubunun gənclərdən ibarət komandasında 28 oyuna çıxıb, 2 qola imza atıb. O, Rusiyanın U-19 yığmasının heyətində 4 oyun keçirib.

Xatırladaq ki, “Ufa”nın əsas komandasında digər azərbaycanlı futbolçu Azər Əliyev də çıxış edir.







Transfer