- Transfer
- 23:25 25.11.2024
“Şkupi”nin yarımmüdafiəçisi İnac Kueven karyerasını Azərbaycanda davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın “sportsport.mk” saytı məlumat yayıb.
Məlumatda, braziliyalı futbolçunun xidmətində “Neftçi”nin maraqlı olduğu vurğulanıb. “Şkupi”nin ən yaxşı futbolçusu sayılan 25 yaşlı futbolçu “ağ-qaralar”a azad agent kimi keçə bilər. Buna səbəb “sambaçı”nın klubu ilə müqaviləsi dekabrın 31-də başa çatacağı üçüb yeni sözləşməyə imza atmamağıdı.
Qeyd edək ki, Kuevenin transfer qiyməti 400 min avro ilə dəyərləndirlir.