- Transfer
- 23:25 25.11.2024
Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq baş məşqçisi Fatih Terim karyerasını Yunanıstanda davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, təcrübəli mütəxəssis “Panatinaikos”la anlaşıb. 70 yaşlı çalışdırıcı da bu təklifi təsdiqləyib və sabah görüş üçün Afinaya gedəcəyini və günortadan sonra komandanı məşqə çıxaracağını bildirib.
Yunanıstan klubu artıq Terimi rəsmən açıqlayıb.
Qeyd edək ki, Fatih Terim son olaraq 2017-2022-ci illərdə "Qalatasaray"ın "sükanı arxasında" olub.
Əlavə edək ki, Afina təmsilçisi 15 turdan sonra 34 xalla 2-ci pillədə qərarlaşıb.