1 oktyabr 2026. Cümə axşamı

Mirabdulla'nın qardaşı da Səbail'də


  • Transfer
  • 15:49 06.07.2019
  • Oxunma sayı: 516
Mirabdulla'nın qardaşı da Səbail'də

Səbail heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubun mətbuat katibi Törə Əhmədovanın verdiyi məlumata görə, “dənizçilər” Mirsahib Abbasovla anlaşıblar. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Onun adı Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya təmsilçisi “Universitatya” ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

“Səbail” yay fasiləsində Abbasovun kiçik qardaşı Mirabdulla Abbasov “Neftçi”dən icarəyə götürüb.

Qeyd edək ki, Mirsahib Abbasov ötən mövsüm “Zirə”də çıxış edib. O, daha əvvəl “Keşlə”nin də formasını geyinib.(report)







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir