25 oktyabr 2024. Cümə

Bekhem daha 2 ulduzu gətirir

“İnter Mayami” heyətini daha 2 ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.


  • Transfer
  • 22:32 26.12.2023
  • Oxunma sayı: 107
Bekhem daha 2 ulduzu gətirir

“İnter Mayami” heyətini daha 2 ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

90deqiqe.az xəbər verir ki, bu barədə “Diario Ole” məlumat yayıb.

Məlumatda, Mayami komandasının əsas hədəfi “Real”dan Luka Modriç və “Barselona”dan Serxi Robertonu transfer etmək olduğu bildirilib. MLS klubu hər iki futbolçunu yayda azad agent statusunda olduqlarında heyətə qatmaq niyyətindədir.

Roberto bu mövsüm “Barselona”nın heyətində cəmi 8 oyun keçirib və 3 qol vurub. Modriç isə cari mövsümdə 20 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Xatırladaq ki, “İnter Mayami”nin heyətində hazırda Lionel Messi, Serxio Buskets, Xordi və Luis Suares kimi ulduzlar var.







Transfer