25 oktyabr 2024. Cümə

"River Pleyt"dən ayrıldı, yeni təklif gözləyir

Venesuelalı hücumçu Salomon Rondon "River Pleyt"lə müqaviləsini ləğv edib.


  • Transfer
  • 18:58 27.12.2023
  • Oxunma sayı: 68
"River Pleyt"dən ayrıldı, yeni təklif gözləyir

Venesuelalı hücumçu Salomon Rondon "River Pleyt"lə müqaviləsini ləğv edib.

90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Sözləşməsi 2025-ci ilin sonunda başa çatacaq olan təcrübəli futbolçu vaxtından əvvəl müqaviləni ləğv etdiyi üçün ödəniş edib.

34 yaşlı futbolçuy İspaniya yanaşı olmaqla bir neçə ölkələrin klublarından təklif aldığı bildirilir.

Rondon 2023-cü ilin əvvəlində azad agent kimi “River Pleyt”ə keçdi. O, klubda 35 oyuna çıxıb və 10 qol vurub.

Qeyd edək ki, Rondon “Zenit”, “Rubin” və ÇSKA-da top qovub.







Transfer