25 oktyabr 2024. Cümə

PSJ onun üçün 20 milyon avro ödəyəcək

PSJ “Korintians”dan yarımmüdafiəçi Qabriel Moskardonun transferi ilə bağlı razılığa gəlib .


  • Transfer
  • 11:16 28.12.2023
  • Oxunma sayı: 84
PSJ onun üçün 20 milyon avro ödəyəcək

PSJ “Korintians”dan yarımmüdafiəçi Qabriel Moskardonun transferi ilə bağlı razılığa gəlib .

90deqiqe.az xəbər verir ki, razılığa əsasən parislilər adıçəkilən oyunçu üçün 20 milyon avro ödəyəcəklər. Bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, Avropa nəhənglərinin hədəfində olduğu 18 yaşlı futbolçunun yaxın vaxtlarda Parisə gələrək 5 illik müqaviləyə qol çəkəcək.

Məlumatda, keçən yay “Korintians” “Çelsi”nin futbolçu üçün 22 milyon dollarlıq təklifini rədd etdiyi də vurğulanıb.

Moskardo bu il “Korintians”da 25 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer