- Transfer
- 23:25 25.11.2024
Azərbaycanın U-21 millisinin futbolçusu Samet Karakoç Türkiyədə klubunu dəyişə bilər.
90deqiqe.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Antalyaspor”un transfer maraq dairəsinə düşüb.
Müdafiənin sol cinahında problemlə üzləşən Antalya təmsilçisinin çalışdırıcısı Nuri Şahin bunu məhz II Liqanın “Isparta 32 Spor” komandasında çıxış edən Karakoçla aradan qaldırmağı planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Samet Karakoç ötən ilin ilk 6 ayında ölkəmizdə “Qəbələ”də top qovub. O, U-21 yığmamızda 5 görüşdə iştirak edib.