Atletico Griezmannı hədələdi
-
Transfer
-
21:49 06.07.2019
-
Oxunma sayı: 508
Atletico hücumçusu Antoine Griezmannla bağlı sərt açıqlama verib.Corner.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 28 yaşlı futbolçunun transferiylə bağlı "Barcelona" ilə danışıq aparmaq istəmir. İddiaya görə, paytaxt təmsilçisi yalnız müqavilədə göstərilən təzminat məbləği ödəniləcəyi halda fransalı hücumçunu buraxacağını bildirib."Atletico" sabah yeni mövsümün hazırlıqlarına start verəcək. Komanda yerli vaxtla saat 20:30-da təlim-məşq toplanışı üçün İspaniyanın Los Anxeles de San Rafael bölgəsinə yollanacaq. Klubdan Griezmanna bildirilib ki, təyin olunmuş vaxtda mütləq bazada olsun. Əgər təcrübəli futbolçu toplanışa qatılmasa, ona qarşı bsanksiya tətbiq olunacaq.Qeyd edək ki, Griezmann müqavilə ilə hələ də "Atletico"ya məxsusdur.