- Transfer
- 23:25 25.11.2024
İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Bertolaççinin yenidən Super Liqaya qayıdıb.
90deqiqe.Az xəbər verir ki, Türkiyənin “Fatih Karagümrük” klubu 32 yaşlı futbolçunu heyətinə qatıb.
Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Bertolaççi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Təcrübəli futbolçu 2021-2022 və 2022-2023 mövsümlərində “Fatih Karagümrük”də çıxış edib. Futbolçu bu ilin yayında Super Liqa klubundan ayrılıb İtaliya B Seriyasında çıxış edən "Kremonese" klubuna keçmişdi.
Bertolaççi İtaliyada “Roma”, “Leççe”, “Cenoa”, “Milan” və “Sampdoriya”da da forma geyinib, İtaliya yığmasında 5 oyun keçirib.