25 oktyabr 2024. Cümə

Avropa nəhəngləri onu qarabaqara izləyir

Uzun müddətdir "Barselona"nın da transfer siyahısında olan “Palmeyras”ın futbolçusu Estevao Villian daha bir neçə Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.


  • Transfer
  • 10:21 30.12.2023
  • Oxunma sayı: 87
Avropa nəhəngləri onu qarabaqara izləyir

Uzun müddətdir "Barselona"nın da transfer siyahısında olan “Palmeyras”ın futbolçusu Estevao Villian daha bir neçə Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.

90deqiqe.az xəbər verir ki, braziliyalı oyunçunun xidmətində Fransa PSJ-si, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” klubları maraqlıdır.

16 yaşlı sağ cinah oyunçusu özü kataloniyalılara keçmək arzusundadı. Lakin hazırda maliyyə problemi yaşayan La Liqa nəhəngi bu transfer üçün satış etməlidir.

60 milyon avroluq sərbəst qalma məbləği olan Villian 2025-ci ilin yayında "Palmeyras"dan ayrıla bilər.

Qeyd edək ki, bu mövsüm "Palmeiras" və "Palmeiras"ın U-20 komandalarında 15 rəsmi oyuna çıxan Estevao Villian bu matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer