- Transfer
- 23:25 25.11.2024
“FourFourTwo” 1990-cı illərin ən bahalı transferlərinin siyahısını müəyyənləşdirib.
90deqiqe.az xəbər verir ki, siyahıya "onluq"da iki dəfə yer verilən ən son "Latsio"dan "İnter"ə keçən hücumçu Kristian Vieri başçılıq edir.
İkinci yerdə "Arsenal"ı "Real"a dəyişən Nikolas Anelka qərarlaşıb. “İlk üçlüy”ü "San Paulo"dan "Betis"ə keçən Danielson qapayıb.
90-cı illərin ən bahalı 10 transferi:
1. Kristian Vieri (“Latsio” – “İnter”) – 46,48 milyon avro;
2. Nikola Anelka (“Arsenal” – “Real”) – 35 milyon;
3. Danielson (“San Paulo” – “Betis”) – 31,5 milyon;
4. Xuan Sebastyan Veron (“Parma” – “Latsio”) – 30 milyon;
5. Kristian Vieri (“Atletiko” – “Latsio”) – 28,41 milyon;
6. Marsio Amoroso (“Udineze” – “Parma”) – 28 milyon;
7. Ronaldo Nazario (“Barselona” – “İnter”) – 26,5 milyon;
8. Sonni Anderson (Monako – Barselona) – 26,25 milyon;
9. Vinçenso Montella (“Sampdoriya” – “Roma”) – 25,82 milyon;
10. Klarens Zeedorf (“Real” – “İnter”) – 24,01 milyon;